Bu il Azərbaycan neft bitumunun ixracından qazancını 41 % artırıb

Bu il Azərbaycan neft bitumunun ixracından qazancını 41 % artırıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 40 min 784,5 ton neft bitumu ixrac edib
Energetika
19 May , 2022 11:24
Bu il Azərbaycan neft bitumunun ixracından qazancını 41 % artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 40 min 784,5 ton neft bitumu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 10 milyon 76,28 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə müvafiq olaraq 2,8 %40,9 % çoxdur.

Hesabat dövründə neft bitumunun ölkənin ümumi ixracdakı payı 0,09 % olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi