Azərbaycan günəş elektrik enerjisinin istehsalını 41 %-dən çox artırıb

Azərbaycan günəş elektrik enerjisinin istehsalını 41 %-dən çox artırıb 2022-ci ilin ilk iki ayı ərzində ölkədə 7,5 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da 2021-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 41,5 % çoxdur.
Energetika
17 Mart , 2022 09:25
Azərbaycan günəş elektrik enerjisinin istehsalını 41 %-dən çox artırıb

2022-ci ilin ilk iki ayı ərzində ölkədə 7,5 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da 2021-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 41,5 % çoxdur.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, daha əvvəlki ilin ilk iki ayı ilə müqayisədə bu sahədə 5,1 % artım müşahidə olunub.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 4 milyard 607,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 7,7 % çoxdur. Bunun 4 milyard 463,9 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 7,8 % artıb.

Bunun 146 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 8,4 % çoxdur, 4 milyard 301 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da il ərzində 7,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 9,4 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2021-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 35,2 % azdır.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 553,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 12,8 % artaraq 70,8 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi