Bu il Avropanın idxal etdiyi qazın 1,2 %-ni TAP-la nəql edilib

Bu il Avropanın idxal etdiyi qazın 1,2 %-ni TAP-la nəql edilib Bu müddət ərzində Aİ ölkələrinin şəxsi qaz hasilatı 11 % azalıb
Energetika
9 İyul , 2021 17:52
Bu il Avropanın idxal etdiyi qazın 1,2 %-ni TAP-la nəql edilib

Bu ilin yanvar-iyun aylarında Avropa ölkələrində təbii qaz istehlakı 7,6 % artıb.

“Report”un məlumatına görə, bu barədə Avropa qaz bazarı ilə bağlı hazırlanan rüblük hesabatda deyilir.

Məlumata görə, bu müddət ərzində Aİ ölkələrinin şəxsi qaz hasilatı 11 % azalıb.

Hesabata əsasən, Azərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün inşa edilən və yeni istifadəyə verilmiş Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropa İttifaqı ölkələrinə ümumi idxal edilən təbii qazın təxminən 1,2 %-ni təşkil edir.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Son xəbərlər

Orphus sistemi