Bu il ARDNF-ə “Şahdəniz”dən 50 mln. ABŞ dolları vəsait daxil olub

Bu il ARDNF-ə “Şahdəniz”dən 50 mln. ABŞ dolları vəsait daxil olub Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) indiyədək 2,834 mlrd. ABŞ dolları daxil olub.
Energetika
216
1 Aprel , 2020 17:19
Bu il ARDNF-ə “Şahdəniz”dən 50 mln. ABŞ dolları vəsait daxil olub

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) indiyədək 2,834 mlrd. ABŞ dolları daxil olub.

“Report” bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu ilin I rübü ərzində ARDNF-ə daxil olan vəsaitin həcmi isə 50 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ARDNF-ə “Şahdəniz” yatağının işlənməsindən əldə olunan mənfəət qazının satışından vəsait 2007-ci ildən daxil olur. Bu yataqda hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə satılır.

Son xəbərlər

Orphus sistemi