Bu il AÇG-dən hasil olunan neftin 57%-i mənfəət nefti olub

Bu il AÇG-dən hasil olunan neftin 57%-i mənfəət nefti olub İndiyədək dünya bazarına 422 mln. ton Azərbaycan nefti çıxarılıb
Energetika
29 Avqust , 2016 12:23
Bu il AÇG-dən hasil olunan neftin 57%-i mənfəət nefti olub

Bakı. 29 avqust. REPORT.AZ/ İşlənmənin əvvəlindən bu ilin avqustun 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqlar blokundan ümumilikdə 404,1 mln. ton neft və 123,2 mlrd. kubmetr qaz hasil edilib. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən I Avrasiya konfransında məlumat verib: "Avqustun 1-dək dünya bazarında Azərbaycanın payına düşən 224 mln. ton mənfəət nefti satılıb. Bu ilin 7 ayı ərzində dünya bazarında satılmış 19,6 mln.ton neftin 11,5 mln. tonu, yəni 57,2%-i Azərbaycanın payına düşən mənfəət nefti olub". 

X.Yusifzadə qeyd edib ki, bu ilin avqustun 1-dək dünya bazarına 422 mln. ton Azərbaycan nefti çıxarılıb və bunun da 307 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.

Son xəbərlər

Orphus sistemi