​Bu il AÇG blokundan hasil edilmiş neftin 56%-i Azərbaycanın mənfəət nefti olub

​Bu il AÇG blokundan hasil edilmiş neftin 56%-i Azərbaycanın mənfəət nefti olub Mövcud nəqletmə marşrutları ilə Azərbaycandan indiyədək 412 mln. ton neft daşınıb
Energetika
3 İyun , 2016 10:32
​Bu il AÇG blokundan hasil edilmiş neftin 56%-i Azərbaycanın mənfəət nefti olub

Bakı. 3 iyun. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Dərinsulu Günəşli" yataqlar blokundan işləmənin əvvəlindən indiyədək ümumilikdə 398 mln. ton neft və 121 mlrd. kubmetr qaz hasil edilib.

"Report" xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Beynəlxalq Xəzər neft-qaz konfransında çıxışında SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

X.Yusifzadə qeyd edib ki, 2016-cı il iyunun 1-dək dünya bazarında Azərbaycanın payına düşən 220 mln. ton mənfəət nefti satılıb: "Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin 5 ayı ərzində AÇG-dən hasil edilmiş 13,5 mln. ton neftin 7,5 mln.tonu, yəni 56%-i Azərbaycanın mənfəət neftinin payına düşüb".

SOCAR rəsmisi qeyd edib ki, mövcud nəqletmə marşrutları ilə Azərbaycandan 2016-cı il iyunun 1-dək 412 mln. ton neft daşınıb. Onun sözlərinə görə, bunun 304 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.

Son xəbərlər

Orphus sistemi