Bu il AÇG-də hasilat ötən ilki səviyyədə qalacaq

Bu il AÇG-də hasilat ötən ilki səviyyədə qalacaq Bunu "BP-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib
Energetika
28 Noyabr , 2016 11:44
Bu il AÇG-də hasilat ötən ilki səviyyədə qalacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 2016-cı il üzrə hasilat ötən ilki səviyyədə olacaq. 

"Report" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib. 

B.Aslanbəyli qeyd edib ki, bu il layihə üzrə xərclər ötən ilkindən az olub: "Buna baxmayaraq, hər hansı problem yaranmazsa, ilin sonuna 2016-ci il üzrə hasilat ötən ilki səviyyədə qalacaq". 

Qeyd edək ki, AÇG-dən neft hasilatı 2015-ci ildə 31,3 mln. ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi