Bu il 69 hündürmərtəbəli binaya qaz verilib

Bu il 69 hündürmərtəbəli binaya qaz verilib Bu isə ümumilikdə təxminən 3 500 mənzili əhatə edir
Energetika
2 Mart , 2017 13:35
Bu il 69 hündürmərtəbəli binaya qaz verilib

Bakı. 2 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdırıb və müvafiq sənədləri təqdim etmiş 69 çoxmərtəbəli binanın qazının açılmasını təmin edib.

“Report” Birliyə istinadən xəbər verir ki, bu isə ümumilikdə, 3 488 mənzili əhatə edir.

“Azəriqaz” İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi