Bu il 59 milyon dollardan artıq dəyərdə polietilen ixrac edilib

Bu il 59 milyon dollardan artıq dəyərdə polietilen ixrac edilib Polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,6% olub
Energetika
20 Oktyabr , 2020 12:01
Bu il 59 milyon dollardan artıq dəyərdə polietilen ixrac edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 90,8 min ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 59,05 milyon ABŞ dolları təşkil edib.

Doqquz ay ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,6% olub.

Qeyd edək ki, Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.

Son xəbərlər

Orphus sistemi