Bu il 167 hündürmərtəbəli binaya qaz verilib

Bu il 167 hündürmərtəbəli binaya qaz verilib Bu isə ümumilikdə 8 982 mənzili əhatə edir
Energetika
5 İyun , 2017 17:24
Bu il 167 hündürmərtəbəli binaya qaz verilib

Bakı. 5 iyun. REPORT.AZ/ 2017-cı ilin yanvar-may ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətləri araşdırıb və müvafiq sənədləri təqdim etmiş 167 çoxmərtəbəli binanın qazını açıb.

“Azəriqaz” İB İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bu, ümumilikdə, 8 982 mənzili əhatə edir. 

“Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi