Bu il 139 çoxmərtəbəli binaya təbii qaz verilib

Bu il 139 çoxmərtəbəli binaya təbii qaz verilib Həmin binalarda ümumilikdə 5 minədək ailə yaşayır
Energetika
4 May , 2016 11:48
Bu il 139 çoxmərtəbəli binaya təbii qaz verilib

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-aprel aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 139 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 4 994 ailə yaşayır. 

Qeyd olunub ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Son xəbərlər

Orphus sistemi