​Bu gün Yunanıstanda Transadriatik qaz kəmərinin tikintisinə start veriləcək

​Bu gün Yunanıstanda Transadriatik qaz kəmərinin tikintisinə start veriləcək TAP Azərbaycan qazının Avropa bazarına nəqli üçün nəzərdə tutulub
Energetika
17 May , 2016 07:52
​Bu gün Yunanıstanda Transadriatik qaz kəmərinin tikintisinə start veriləcək

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Saloniki şəhərində Transadriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) Yunanıstan hissəsinin tikintisi üzrə işlərin başlanmasına həsr olunmuş təntənəli mərasim keçiriləcək.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycanın energetika naziri Natiq Əliyevlə yanaşı, Yunanıstanın baş naziri Aleksis Sipras, ölkənin ətraf mühitin mühafizəsi və energetika naziri Panos Skurletis, həmçinin Bolqarıstanın energetika naziri Temenujka Petkova, Avropa Komissiyasının (AK) sədr müavini Maroş Şefçoviç və ABŞ Dövlət Departamentinin beynəlxalq energetika məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoksteyn iştirak edəcək.

TAP Xəzər dənizi şelfində ehtiyatları 1,2 trilyon kubmetr həcmində təsdiq edilən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin son hissəsidir. O Türkiyə-Yunanıstan sərhədindən Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Yunanıstan, Albaniya və İtaliya arasında TAP-ın inşasına dair saziş 13 fevral 2013-cü il tarixində Afinada imzalanıb. Cari ilin martında isə Avropa Komissiyası bu sazişi təsdiq edib.

Son xəbərlər

Orphus sistemi