Bu gün Yevlaxda qaz olmayacaq

Bu gün Yevlaxda qaz olmayacaq Təmir işləri aparılan müddətdə Yevlax şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır
Energetika
19 Sentyabr , 2023 09:06
Bu gün Yevlaxda qaz olmayacaq

Bu gün Yevlaxda qaz təchizatı dayandırılacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Yeni Yevlax” ölçü qovşağının giriş hissəsində və “Yevlax-1” Qaz Paylayıcı Stansiyada şam xətti üzərində olan nasaz kranın dəyişdirilməsi ilə bağlı sentyabrın 19-da saat 09:00-dan işlər başa çatanadək “Yeni Yevlax” və “Yevlax 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Yevlax şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi