Yuxarı

Bu gün üç rayonun qaz təminatında fasilə yaranacaq

​Bu gün üç rayonun qaz təminatında fasilə yaranacaq

Bu gün səhər saat 09:00-dan 18:00-dək Biləsuvar rayonunun mərkəzi və bir neçə yaşayış sahəsində qaz təminatında fasilə yaranacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu zaman orta təzyiqli qaz xətti üzərində quraşdırma, əvəzlənmə və qaz sızmalarının ləğvi işləri aparılacaq.

Eyni saatlarda Goranboy rayonu, Dəliməmmədli şəhərinin Səməd Vurğun küçəsində yeni çəkilmiş qaz xəttinin mənbəyə birləşdirilməsi ilə bağlı rayonun bir neçə kənd və qəsəbəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Saat 10:00-dan etibarən isə Suraxanı rayonu, Yeni Suraxanı və Bül-Bülə qəsəbələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün qeyd edilən ərazilərdə qaz təminatında fasilələr olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi