Bu gün Qazaxda qaz təchizatında fasilələr olacaq

Bu gün Qazaxda qaz təchizatında fasilələr olacaq Bu gün ayrı-ayrı vaxtlarda Qazax rayonunda qaz təchizatında fasilələr olacaq.
Energetika
3 Oktyabr , 2019 09:52
Bu gün Qazaxda qaz təchizatında fasilələr olacaq

Bu gün ayrı-ayrı vaxtlarda Qazax rayonunda qaz təchizatında fasilələr olacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bilidirilir ki, saat 14:00-dan 16:00-dək 2 saat müddətinə SOCAR-ın Qaz İxrac İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən Qazax şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Saat 14:00-dan 18:00-dək isə “Qazax” ölçü qovşağından qidalanan qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi, cari təmir-bərpa işlərinin yerinə yetirilməsi məqsədilə Qazax şəhərinin bir hissəsi və digər 4 yaşayış məntəqəsində də qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi