​Bu gün Hacıqabul, Kürdəmir, Goranboy və Naftalanın qaz təchizatında fasilələr olacaq

​Bu gün Hacıqabul, Kürdəmir, Goranboy və Naftalanın qaz təchizatında fasilələr olacaq Aparılan işlərin Goranboy və Naftalan rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür
Energetika
13 May , 2016 10:48
​Bu gün Hacıqabul, Kürdəmir, Goranboy və Naftalanın qaz təchizatında fasilələr olacaq

Bakı. 13 may. REPORT.AZ/ Bu gün saat 10:30-dan 18:00-a qədər Hacıqabul rayonunun Atbulaq və Qızılburun, Kürdəmir rayonunun Sığırlı, Ərəbqubalı və Çöhranlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Sığırlı” və “Atbulaq”, həmçinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Goranboy” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədardır.

Aparılan işlərin Goranboy və Naftalan rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi