Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gecə saat 01:00-dan saat 04:30-a qədər Bakının Xətai rayonundakı Əhmədli yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Bu barədə "Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, fasilə, əsasən, General Şıxlı, Nəsrəddin Tusi, Sarayev, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələrini əhatə edəcək. Buna səbəb ”Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq "Əhmədli" yarımstansiyasında aparılan təmir işləridir.
"Azərişıq" yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.