Noyabrın sonunda "Neft Daşları" yatağında yeni özül istismara veriləcək

Noyabrın sonunda "Neft Daşları" yatağında yeni özül istismara veriləcək Özülün inşası başa çatmaq üzrədir
Energetika
11 Noyabr , 2015 14:19
Noyabrın sonunda Neft Daşları yatağında yeni özül istismara veriləcək

Bakı. 11 noyabr. REPORT.AZ/ “Neft Daşları” yatağında quraşdırılması nəzərdə tutulan yeni 602A nömrəli stasionar dəniz özülünün inşası başa çatmaq üzrədir.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, özül “Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunur.

Bildirilir ki, 14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özülün dayaq blokları, aralıq seksiyaları, minik və yanalma meydançaları, piyada körpüləri, qülləaltı postamentlər, eləcə də özülüstü metal-konstruksiyalar və 14 ədəd quyu istiqamətləndiricisi quraşdırılıb. Hazırda yaşayış blokunun alt konstruksiyasının inşası davam etdirilir. Noyabr ayının sonunda özülün istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 602A nömrəli özüldən qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi