BTC-nin əməliyyat xərcləri bir ildə 13% azalıb

BTC-nin əməliyyat xərcləri bir ildə 13% azalıb Bakı. 13 fevral. REPORT.AZ/ 2018-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə əməliyyat xərclərinə təqribən 116 mln. ABŞ dolları xərclənib.
Energetika
13 fevral 2019 10:19
BTC-nin əməliyyat xərcləri bir ildə 13% azalıb

Bakı. 13 fevral. REPORT.AZ/ 2018-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə əməliyyat xərclərinə təqribən 116 mln. ABŞ dolları xərclənib.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.

Məlumata görə, bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 17 mln. dollar və ya 12,8% azdır.

2018-ci il ərzində boru kəmərinin fəaliyyəti üzrə əsaslı xərclərə isə təqribən 41 mln. dollar xərclənib ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 12 mln. dollar və ya 41,4% çoxdur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); “Chevron” (8,90%); “Equinor” (8,71%); TPAO (6,53%); “Eni” (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ExxonMobil” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir. 

Son xəbərlər

Orphus sistemi