BTC kəmərinə əsaslı xərclər I rübdə kəskin artıb

BTC kəmərinə əsaslı xərclər I rübdə kəskin artıb Bakı-Ceyhan boru kəməri ilə neft ixracının həcmi illik müqayisədə sabit qalıb
Energetika
24 May , 2016 14:57
BTC kəmərinə əsaslı xərclər I rübdə kəskin artıb

Bakı. 24 may. REPORT.AZ/ Cari ilin birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəməri ilə təqribən 9 mln. ton (67 mln. barel) xam neft ixrac olunub. Bu da illik müqayisədə nəqletmənin sabit qaldığını göstərir.

"Report"un "BP-Azerbaijan"a istinadən verdiyi xəbərə görə, bu neft Ceyhan limanında (Aralıq dənizi, Türkiyə) 82 tankerə yüklənilib.

Xatırladaq ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən indiyədək bu kəmərlə ümümilikdə təxminən 2,43 mlrd. barel (324 mln. ton) xam neft nəql edilib və Ceyhanda 3 194 tankerə yüklənərək dünya bazarına çıxarılıb.

Birinci rübdə BTC vasitəsilə üzrə əməliyyat xərclərinə təqribən 29 mln. dollar, əsaslı xərclərə isə 11 mln. dollar xərclənib ki, ötən ilin I rübü ilə müqayisədə əməliyyat xərcləri 34% azalıb, əsaslı xərclər isə 2,75 dəfə artıb.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "İnpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir. 

Son xəbərlər

Orphus sistemi