BTC kəməri ilə ötən ay 427 min ton tranzit nefti nəql edilib

BTC kəməri ilə ötən ay 427 min ton tranzit nefti nəql edilib Magistral neft kəmərləri ilə 3,5 mln. ton neft nəql olunub
Energetika
20 Fevral , 2017 11:28
BTC kəməri ilə ötən ay 427 min ton tranzit nefti nəql edilib

Bakı. 20 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda magistral neft kəmərləri ilə 3 543,0 min ton neft nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 80,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 838,8 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 426,5 min ton tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. BTC boru kəməri ilə Azərbaycandan əsasən "AÇG" nefti və "Şahdəniz" kondensatı daşınır.

Son xəbərlər

Orphus sistemi