BTC kəməri ilə neftin nəqli yanvarda 3% artıb

BTC kəməri ilə neftin nəqli yanvarda 3% artıb Yanvarda BTC kəməri ilə Türkmənistan və Qazaxıstan neftinin tranziti 23% artıb
Energetika
9 Fevral , 2015 15:44
BTC kəməri ilə neftin nəqli yanvarda 3% artıb

Bakı. 9 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 470,053 min ton Azərbaycan nefti nəql olunub. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,77% çoxdur.

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il fevralın 1-nə qədər BTC-yə 266,31 mln. ton neft vurulub.

Məlumatda deyilir ki, bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə ümumilikdə 602,066 min ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. Nəticədə 2014-cü ilin eyni dövrü ilə müqayisədə tranzit üzrə 23,16% artım qeydə alınıb. Belə ki, 2014-cü ilin yanvar ayında BTC kəməri ilə 250,462 min ton Türkmənistan nefti, 238,399 min ton Qazaxıstan nefti nəql olunub. 

Son xəbərlər

Orphus sistemi