BTC kəməri ilə Azərbaycan neftinin nəqli artıb

BTC kəməri ilə Azərbaycan neftinin nəqli artıb ​Avqustda BTC kəməri ilə 2,5 mln. ton Azərbaycan nefti nəql olunub
Energetika
7 Sentyabr , 2016 12:46
BTC kəməri ilə Azərbaycan neftinin nəqli artıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Cari ilin avqust ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 497 967 ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% çoxdur. "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-avqust aylarında BTC kəməri ilə 19 987 531 ton neft ötürülüb. Bu isə illik müqayisədə 4,3% artım deməkdir. 

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il sentyabrın 1-nə qədər BTC-yə 312 662 920 ton neft vurulub. 

Bundan başqa, 2016-cı ilin avqust ayında BTC kəməri ilə 346 020 ton Türkmənistan nefti nəql olunub.

Son xəbərlər

Orphus sistemi