BTC kəməri ilə Azərbaycan neftinin nəqli artıb

BTC kəməri ilə Azərbaycan neftinin nəqli artıb BTC kəməri ilə neft ixracı aylıq müqayisədə 32%, illik isə 1,3% artıb
Energetika
7 Dekabr , 2015 16:52
BTC kəməri ilə Azərbaycan neftinin nəqli artıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Cari ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 263 445 ton Azərbaycan nefti nəql olunub. "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,62% çoxdur.

Cari ilin yanvar-noyabr aylarında bu kəmərlə ötürülən neftin həcmi isə illik müqayisədə 1,26% artaraq 26 373 898 ton təşkil edib.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il dekabrın 1-nə qədər BTC-yə 290 213 744 ton neft vurulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,11% artım deməkdir.

Bundan başqa, 2015-ci ilin noyabr ayında BTC kəməri ilə 422 299 ton Türkmənistan nefti nəql olunub.

Son xəbərlər

Orphus sistemi