BTC kəməri ilə Azərbaycan neftinin nəqli 7% artıb

BTC kəməri ilə Azərbaycan neftinin nəqli 7% artıb Boru kəməri ilə Türkmənistan neftinin tranziti isə 5% artıb
Energetika
3 Mart , 2016 16:51
BTC kəməri ilə Azərbaycan neftinin nəqli 7% artıb

Bakı. 3 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 400 989 ton Azərbaycan nefti nəql olunub. "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin fevral ayından 7,7% artıq olub.

Cari ilin yanvar-fevral aylarında bu kəmərlə 4 689 579 ton neft ötürülüb. ki, bu göstərici də ötən ilin iki ayından 0,23% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il mart ayının 1-nə qədər BTC-yə 297 364 968 ton neft vurulub. 

Bundan başqa, 2016-cı ilin fevral ayında BTC kəməri ilə 400 744 ton Türkmənistan nefti nəql olunub ki, bu da ötən ilin fevral ayından 5,3% çoxdur.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. BTC boru kəməri ilə Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Son xəbərlər

Orphus sistemi