BTC ilə tranzit neftinin nəqli 39% artıb

BTC ilə tranzit neftinin nəqli 39% artıb Bu ilin yanvar-avqust aylarında magistral neft kəmərləri ilə 28,6 mln. ton neft nəql edilib
Energetika
18 Sentyabr , 2017 09:52
BTC ilə tranzit neftinin nəqli 39% artıb
Report

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral neft kəmərləri ilə neft nəqli ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% azalaraq 28 642,8 min ton təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 78,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə həyata keçirilib.

8 ay ərzində bu kəmərlə 22 473,4 min ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 4,2% azdır. Hesabat dövründə BTC kəməri ilə 4 313,8 min ton tranzit nefti də nəql edilib. Bu isə illik müqayisədə 38,7% çoxdur.

Son xəbərlər

Orphus sistemi