Azərbaycan ​elektrik enerjisi ixracını 70% artırıb

Azərbaycan ​elektrik enerjisi ixracını 70% artırıb Sayğac göstəricilərinə əsasən, son bir ildə xam neft ixracı 3,6% azalıb
Energetika
16 Dekabr , 2014 15:49
Azərbaycan ​elektrik enerjisi ixracını 70% artırıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan (sayğac göstəricilərinə əsasən) 30,239 mln. ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövründən 3,6% azdır. "Report" xəbər verir ki, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac edilən xam neftin ümumi həcmi 24,591 mln. ton olub ki, bu da ümumi həcmin 81,5%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə BTC ilə daşınan xam neftin həcmi 2,6% azalıb.

Hesabat dövründə Bakı-Supsa boru kəməri ilə ölkədən 3,856 mln. ton neft ixrac edilib və bu, ümumi ixracın 12,8%-dir. Bu kəmərlə neftin nəqli son bir ildə 5,6% artıb.

Bu ilin yanvar-noyabr ayları ərzində Bakı-Novorossiysk boru kəməri ilə nəql olunan neftin həcmi son bir ildə 40,9% azalaraq 933,336 min ton olub və bu, ümumi ixracın 3,1%-nə bərabərdir.

Qeyd edilən dövrdə dəmir yolu nəqliyyatı ilə daşınan xam neftin həcmi 855,575 min ton (ümumi ixracdan 2,8%) olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azdır.

Sayğac göstəricilərinə əsasən, təhlil olunan dövr ərzində BTC ilə ixrac edilən qaz kondensatının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azalaraq 2,012 mln. ton olub.

Eyni zamanda təbii qazın ixrac həcmi isə 20,2% artaraq 7,725 mlrd. kubmetrə, elektrik enerjisinin ixracı isə 1,7 dəfə artaraq 311,4 mln. kVt/saata çatıb.

Son xəbərlər

Orphus sistemi