BTC ilə indiyədək 374 mln. ton Azərbaycan nefti ötürülüb

BTC ilə indiyədək 374 mln. ton Azərbaycan nefti ötürülüb
Energetika
1994
4 Dekabr , 2018 11:42
BTC ilə indiyədək 374 mln. ton Azərbaycan nefti ötürülüb

Bakı. 4 dekabr. REPORT.AZ/ Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri istifadəyə verilən gündən (2006-cı il, iyun) 2018-ci il dekabrın 1-nə kimi  bu kəmərlə 373,8 mln. ton Azərbaycan nefti nəql edilib.

“Report” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sosial şəbəkədəki məlumatına istinadən xəbər verir.

Bu ilin noyabr ayında isə BTC ilə 2,2 mln. ton Azərbaycan nefti ötürülüb.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. BTC-nin uzunluğu 1768 km təşkil edir.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.