Yuxarı

Sergey Skripka: Brodi-Adamova Zastava kəmərinə dair ekoloji icazənin müddəti uzadılıb" - EKSKLÜZİV

Brodi - Adamova Zastavaniı tikintisinə dair ekoloji icazə uzadılıb

Ukraynanın Brodi şəhərindən Polşanın Polotsk şəhərinə (Adamova Zastava) boru kəmərinin tikintisi ilə bağlı ekoloji icazənin müddəti 2023-cü ilin oktyabr ayınadək uzadılıb.

Bu barədə “Report”a “Sarmathia” beynəlxalq boru kəməri müəssisəsinin baş direktoru Sergey Skripka bildirib.

“Lüblin şəhərində ətraf mühitin mühafizəsi regional direktoru Brodidən Polotska, Qdansk şəhərinə və oradan da qərbə doğru çəkilmək şərti ilə boru kəmərinin tikintisi layihəsi üçün verilmiş 2013-cü il 11 sentyabr tarixli ekoloji icazəsinin müddətini 4 il uzatmaq qərarını verib”, – baş direktor deyib.

O, bu ilin oktyabr ayında vaxtı başa çatan icazənin müddətini uzatmaq üçün sentyabr ayında Leblindəki Ətraf Mühitin Mühafizəsi Regional Direksiyaya müraciət etdiklərini vurğulayıb: “Müraciəti araşdıraraq sərmayənin qoyulması şərtlərinin əhəmiyyətini saxladığına əmin olduqdan sonra məsələyə dair müsbət qərar verildi. Beləliklə, icazənin müddəti 10 il uzadıldı”.

S.Skripka rədd cavabı verilərsə, işlərin azı 2 il təxirə salınacağını söyləyib.

Xatırladaq ki, 2004-cü il iyulun 12-də Ukraynanın “Ukrtransnafta” və Polşanın "PERN Prznyjazn” şirkətlərinin yaratdığı “Sarmathia” MMC-nin iştirakçıları SOCAR (25,32 faiz), Gürcüstanın “Georgia Oil and Gas corporation Ltd” (16,09 faiz), “Ukrtransnafta” (28,79 faiz), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79 faiz), Litvanın “AB Klaipedos Nafta” (1 faiz) şirkətləridir.

Hazırda Avrasiya Neft Dəhlizinin yeganə əksik halqası olan 377 kilometr uzunluğunda Brodi – Adamova Zastava neft kəməri layihəsi vasitəsilə Xəzər ölkələri üçün neft sərvətlərini Avropa bazarına çıxarmaq üçün daha bir etibarlı marşrut əldə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi