Britaniyada benzinin qiyməti yeni tarixi maksimuma çatıb

Britaniyada benzinin qiyməti yeni tarixi maksimuma çatıb Böyük Britaniyada benzinin orta qiyməti hər litr üçün 1,7 funt-sterlinqi (2,13 ABŞ dolları) keçib ki, bu da ölkədə indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.
Energetika
25 May , 2022 16:41
Britaniyada benzinin qiyməti yeni tarixi maksimuma çatıb

Böyük Britaniyada benzinin orta qiyməti hər litr üçün 1,7 funt-sterlinqi (2,13 ABŞ dolları) keçib ki, bu da ölkədə indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü “Sky News” telekanalı sənaye araşdırmalarına istinadən məlumat yayıb.

Krallıqda dizelin qiymətləri də anti-Rusiya sanksiyaları fonunda maksimal artım nümayiş etdirir, hazırda bir litr orta hesabla 1,81 funta (2,26 ABŞ dolları) satılır.

Qeyd edək ki, bir il əvvəl Böyük Britaniyada benzin və dizelin orta hesabla litri müvafiq olaraq 1,29 və 1,31 funta satılırdı.

Son xəbərlər

Orphus sistemi