Yuxarı

​“Brent” son iki ayda ilk dəfə 45 dollardan ucuz təklif edilib

Mayın 10-dan etibarən bu markalı xam neftin qiyməti 45 dollar/bareli üstələyib

Bakı. 25 iyul. REPORT.AZ/ ICE London qitələrarası birjasında hərraca çıxarılan “Brent” markalı xam neftin qiyməti son iki ayda ilk dəfə 45 dollardan aşağı düşüb. 

“Report” xəbər verir ki, sonuncu dəfə mayın 9-da “Brent”in bir barelinin qiyməti 43,46 dollar olub.

Mayın 10-dan etibarən isə bu markalı xam neftin qiyməti 45 dollar/bareli üstələyib. Qeyd edilən dövrdə ən yüksək göstərici iyunun 8-də qeydə alınıb və həmin tarixdə “Brent”in bir bareli 52,51 dollara təklif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi