"Brent" neftinin qiyməti 75 dollara enib

"Brent" neftinin qiyməti 75 dollara enib Bakı. 28 may. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir.
Energetika
28 May , 2018 10:20
Brent neftinin qiyməti 75 dollara enib

Bakı. 28 may. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir.

“Report” xəbər verir ki, hazırda London Birjasında “Brent” markalı xam neftin iyul fyüçerslərinin qiyməti 1,29 dollar, yaxud 1,69% ucuzlaşaraq 75,15 dollar/barel olub.

Nyu-York birjasında keçirilən hərracın nəticələrinə görə, WTI markalı neftin iyul fyüçerslərinin qiyməti 1,66 dollar və ya 2,45% azalaraq 66,22 dolar/ barel təşkil edib.

Ekspertlər neftin ucuzlaşmasını OPEC+ razılığının şərtlərinin yumşaldılması ehtimalı və ABŞ-da aktiv neft quyularının sayının artması ilə əlaqələndirirlər.

İngilis versiyası Brent price drops to $ 75

Son xəbərlər

Orphus sistemi