Bakı. 1 noyabr. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz neft qatışığının 2019-cu il yanvar fyuçerslərinin qiyməti 3,3 faiz aşağı düşərək bir barel üçün 72,64 dollar təşkil edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu, Londonun İCE birjasında keçirilən hərracların nəticəsində məlum olub.
Bu növ neftin qiyməti sonuncu dəfə cari il avqustun 22-də bir barelə görə 73 dollardan aşağı satılıb.
Bundan əvvəl "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,14 dollar və yaxud 0,18% azalıb.