“Brent” neftinin qiyməti 50 dolları keçib

“Brent” neftinin qiyməti 50 dolları keçib Buna səbəb ABŞ-ın neft ehtiyatlarının həcminin azalmasıdır
Energetika
10 May , 2017 19:56
“Brent” neftinin qiyməti 50 dolları keçib

Bakı. 10 may. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatlarının həcminin azalması ilə bağlı yayılan xəbərlər dünya bazarında “qara qızıl”ın ucuzlaşmasına səbəb olub.

“Report”un məlumatına görə, bu gün axşam saatlarında əmtəə birjalarında “Brent” markalı neftin 1 barreli 50,17 dollara satılıb.

Bu isə günün əvvəlində qeydə alınmış qiymətlə müqayisədə 2,8% çoxdur.

Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyi aprelin 28-dən mayın 5-nə qədər davam edən hesabat həftəsində ölkənin neft ehtiyatlarının 5,3 mln. barrel azalaraq 522,5 mln. barrelə düşdüyünü bəyan edib. 

Son xəbərlər

Orphus sistemi