"Brent" neftinin qiyməti 50 dollardan aşağı düşüb

"Brent" neftinin qiyməti 50 dollardan aşağı düşüb "Report": "Brent" markalı neftin 45 dollar/barel səviyyəsi bazar üçün optimal hədd sayıla bilər
Energetika
2 İyun , 2017 10:45
Brent neftinin qiyməti 50 dollardan aşağı düşüb

Bakı. 2 iyun. REPORT.AZ/ Beynəlxalq birjalarda "Brent" markalı neftin qiyməti bu dəqiqələrdə 50 dollar/bareldən aşağı düşüb. "Report" xəbər verir ki, son dəfə "Brent" markalı neftin qiyməti mayın 10-da 50 dollar/bareldən aşağı satılıb. 

Neftin qiymətinin düşməsinə səbəb ABŞ-da gündəlik neft hasilatının artması, OPEC+ anlaşmasının investorların gözləntilərini doğrultmaması və ABŞ-ın iqlim dəyişikliyi ilə Paris anlaşmasından çıxması amilləri göstərilir. 

Neft qiymətlərinin ABŞ-da neft hasilatının sabitlik müşahidə olunana qədər azalması proqnozlaşdırılır. "Report"un analitik qrupu hesab edir ki, "Brent" markalı neftin 45 dollar/barel səviyyəsi neft bazarı üçün optimal hədd sayıla bilər. 

Son xəbərlər

Orphus sistemi