Yuxarı
    Bağlamaq

    "Brent" neftinin qiyməti 49 dollardan da aşağı düşüb

    Şimal dəniz neft qatışığının bir bareli 48,92 dollara satılıb

    Bakı. 4 may. REPORT.AZ/ "Brent" markalı neftin qiyməti 30 noyabr 2016-cı il tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə 49 dollardan aşağı düşüb.

    "Report" xəbər verir ki, bu barədə keçirilən hərracların nəticələri deməyə əsas verir.

    Qeyd olunur ki, hərraclar zamanı "Brent" markalı Şimal dəniz neft qatışığının bir bareli 48,92 dollara satılıb.

    Bundan əvvəl sözügedən neft markasının qiyməti martın 22-dən bu yana ilk dəfə olaraq 50 dollardan aşağı düşmüşdü.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi