“Brent” neftinin qiyməti 10 aylıq rekordu yeniləyib

“Brent” neftinin qiyməti 10 aylıq rekordu yeniləyib Dünya bazarında neft qiymətləri artıb.
Energetika
19 Sentyabr , 2023 09:45
“Brent” neftinin qiyməti 10 aylıq rekordu yeniləyib

Dünya bazarında neft qiymətləri artıb.

“Report” xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçersləri 0,69 % bahalaşaraq 1 barel üçün 95,08 ABŞ dolları təşkil edib. Bu, ötən il noyabrın 15-dən bəri rekord həddir.

WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,83 % artaraq 91,33 ABŞ dolları olub.

“OPEC+” ölkələrinin hasilatı azaltmaqla bağlı səyləri fonunda neft qiymətləri artır.

Son xəbərlər

Orphus sistemi