Bakı. 20 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,96 dollar, yaxud 3,26% ucuzlaşaraq 28,46 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,21 dollar və ya 0,74% bahalaşaraq 28,76 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 30 dollar/barel olacağı gözlənilir.