Yuxarı

“Brent” markalı neft 1,70% ucuzlaşıb

Brentin bir barelli 1,70% və ya 0,85 dollar ucuzlaşaraq 50,11 dollara düşüb

Bakı. 10 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barellinin qiyməti 0,89% yaxud 0,43 dollar ucuzlaşaraq 48,36 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelli 1,70% və ya 0,85 dollar ucuzlaşaraq 50,11 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barell olacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi