Neftin qiymətində növbəti antirekord - YENİLƏNİB

Neftin qiymətində növbəti antirekord - YENİLƏNİB “WTI” markalı neftin qiyməti 2002-ci ildən bəri ilk dəfə 20 ABŞ dollarından aşağı düşüb.
Energetika
30 Mart , 2020 03:35
Neftin qiymətində növbəti antirekord - YENİLƏNİB

“WTI” markalı neftin qiyməti 2002-ci ildən bəri ilk dəfə 20 ABŞ dollarından aşağı düşüb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 02:40-a Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin qiyməti 1 barelə görə 8.52% azalaraq 19,98 ABŞ dollarına qədər ucuzlaşıb.

Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin bir barel üçün qiyməti 4,65% azalaraq 26,6 ABŞ dollarına qədər ucuzlaşıb.

Qeyd edək ki, OPEC + ölkələri martın əvvəlində koronavirus pandemiyası fonunda neft hasilatını azaltmaq və ya müqavilənin parametrlərini dəyişdirmək ya da müddətini uzatmaq barədə razılığa gələ bilməyiblər.


***02:49

Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin bir barel üçün qiyməti 23,11 ABŞ dollarına qədər ucuzlaşıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 02:11-ə “Brent” markalı neftin 2020-ci ilin iyun fyuçerslərinin qiyməti 7,92 % düşüb.

Eyni zamanda WTI markalı neftin də bir barelinin qiyməti 6,12 % düşərək 20,27 ABŞ dollarına qədər ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi