"Brent" markalı neftin qiyməti yenə 50 dollardan aşağı düşüb

"Brent" markalı neftin qiyməti yenə 50 dollardan aşağı düşüb Hazırda neftin bir bareli 49,7 dollara satılır
Energetika
26 Oktyabr , 2016 18:23
Brent markalı neftin qiyməti yenə 50 dollardan aşağı düşüb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti yenidən 50 dollar/barel həddindən aşağı enib. 

"Report" xəbər verir ki, qiymətin azalması bəzi neft ölkələrinin hasilatın azaldılması təklifi ilə razılaşmasından irəli gəlir. Belə ki, oktyabrın 29-da OPEC-in keçirəcəyi iclasa dəvət alan Avropanın ən böyük neft hasilaçısı olan Norveç görüşə gəlməkdən imtina edib. Bundan bir neçə gün əvvəl isə İraq neft hasilatının azaldılması və ya dondurulması qərarını onun ölkəsinə aid olunmamasını xahiş edib.

Nəticədə, "Brent" markalı neftin 50 dollar/barel həddindən aşağı düşüb və hazırda 49,70 dollara satılır. 

Xatırladaq ki, "Brent" markalı neft oktyabrın 3-də 50 dollar/barel həddini üstələyib.

Son xəbərlər

Orphus sistemi