Neft qiymətləri əvvəlki ticarə sessiyalarında 3 % artdıqdan sonra cümə günü yüksəlməyə davam etdi.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 1 barel üçün 76,96 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,46 % çoxdur.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin yanvar fyuçersləri 0,43 % bahalaşaraq 1 barel üçün 71,89 ABŞ dolları olub.