"Brent" markalı neftin qiyməti 66,3 dollar/barelə düşüb

"Brent" markalı neftin qiyməti 66,3 dollar/barelə düşüb ​ABŞ neftinin qiyməti isə sabit qalıb
Energetika
19 May , 2015 08:22
Brent markalı neftin qiyməti 66,3 dollar/barelə düşüb

Bakı. 19 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti dəyişməz qalaraq 59,69 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində isə mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,81% yaxud 0,54 dollar geriləyərək 66,27 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 67 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi