Yuxarı

"Brent" markalı neftin qiyməti 64,85 dollar/barelə düşüb

WTI markalı neftin qiyməti isə sabit qalıb

Bakı. 25 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti dəyişməyib və əvvəlki gün olduğu kimi 57,74 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində isə azalma qeydə alınıb. "Brent" markalı neftin bir barelinin qiyməti 0,17 dollar, yaxud 0,26% azalaraq 64,85 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 66 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi