“Brent” markalı neftin qiyməti 10% artıb - YENİLƏNİB

“Brent” markalı neftin qiyməti 10% artıb - YENİLƏNİB Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Energetika
2 Aprel , 2020 11:35
“Brent” markalı neftin qiyməti 10% artıb - YENİLƏNİB

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

“Report” xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 11:30-a olan duruma görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 10,06% artaraq bir barel üçün 27,23 ABŞ dollarına çatıb.

WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə 9,06% artaraq bir barelə görə 22,15 ABŞ dolları təşkil edib.


***07:36

Dünya birjalarında neftin qiyməti bahalaşır.

“Report” xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Belə ki, “Brent” markalı Şimal dəniz neft qatışığının iyun fyuçerslərinin qiyməti 6,02% artaraq bir barel üçün 26,23 ABŞ dollarına çatıb.

WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 4,87% artaraq 21,30 ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi