Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-da neft ehtiyatları üzrə statistikanın çıxmasından sonra İCE birjasında keçirilən hərraclar zamanı "Brent" markalı neftin qiyməti bir barelə görə 56 dollara düşüb.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə 20:50-yə olan vəziyyətə görə, "Brent" markalı neft 56,03 dollara qədər ucuzlaşıb.
Bakı vaxtı ilə 20:30-a olan vəziyyətə görə, İCE birjasında WTI markalı yüngül neftin bir bareli 52,80 dollar təşkil edib.
Bu gün Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb ki, ABŞ-da kommersiya məqsədli neft ehtiyatları dekabrın 30-da başa çatan həftə ərzində 7,1 milyon barel azalaraq 479 mln. barelə düşüb.