"Brent" markalı neftin qiyməti 54 dolları ötüb

"Brent" markalı neftin qiyməti 54 dolları ötüb Şimal dəniz neft qatışığında 0,755% artım qeydə alınıb
Energetika
16 Dekabr , 2016 08:56
Brent markalı neftin qiyməti 54 dolları ötüb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı vaxtı ilə 08:20-yə olan məlumata görə, Şimal dəniz neft qatışığı olan "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 0,755% artaraq bir barel üçün 54,31 dollara çatıb.

"Report" xəbər verir ki, artım İnterkontinental birjada keçirilən hərraclar zamanı qeydə alınıb.

WTI markalı neftin qiyməti isə 0,371% artaraq bir barelə görə 51,23 dollara çatıb.