Yuxarı

"Brent" markalı neftin qiyməti 50 dolları ötüb

WTI nefti isə 49,17 dollar/barelə kimi bahalaşıb

Bakı. 3 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,16 dollar yaxud 0,33% bahalaşaraq 49,17 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,32 dollar və ya 0,74% irəliləyərək 50,04 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi