​"Brent" markalı neftin qiyməti 50 dollara çatıb

​"Brent" markalı neftin qiyməti 50 dollara çatıb Buna keçirilən hərracların nəticələri deməyə əsas verir
Energetika
3 Noyabr , 2015 21:51
​Brent markalı neftin qiyməti 50 dollara çatıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Dünya bazarlarında neftin qiyməti artır.

"Report" xəbər verir ki, bu barədə keçirilən hərracların nəticələri deməyə əsas verir.

Xüsusilə Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin fyuçersləri 2,40% artaraq bir barelə görə 49,96 dollara çatıb.

Nyu-Yorkda keçirilən NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin fyuçersləri 2,43% artaraq bir barelə görə 47,26 dollara çatıb.

Son xəbərlər

Orphus sistemi