Bakı. 13 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,97% yaxud 2,29 dollar ucuzlaşaraq 46,07 ABŞ dolları təşkil edib.
"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelli 5,65% və ya 2,68 dollar ucuzlaşaraq 47,43 dollara düşüb.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barell olacağı proqnozlaşdırılır.